Atəşkəs 56 dəfə pozulub
18 iyul 2014 10:01 (UTC +04:00)

Atəşkəs 56 dəfə pozulub

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

 

Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461
avatar

Oxşar yazılar