Bakıda Aşura günü <span style="color:red;">KURYOZ HADİSƏ
05 noyabr 2014 12:39 (UTC +04:00)

Bakıda Aşura günü KURYOZ HADİSƏ

Bakıda Aşura günü keçmiş məhkum polisi ayağa qaldırıb. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, noyabrın 4-ü, saat 11:00-da 1991-ci il təvəllüdlü Elşən Məmmədov polisin “102” xidmətinə zəng edərək evində partlayıcı olması barədə məlumat verib. Dərhal Xəzər rayon Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşları həminünvana gedib.

 

Axtarış nəticəsində evdən heç bir partlayıcı tapılmayıb. Sonda məlum olub ki, polisə zəng edən E.Məmmədov yox, onun anası olub. 9 illik məhbus həyatından sonra yenicə azadlığa çıxmış Elşən dünən evdə kino izləyərkən “bomba” deyə qışqırıb. Anası bunu yanlış anlayıb və polisə zəng edib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3091

Oxşar yazılar