Astaranın bir neçə yaşayış məntəqəsini su basdı  - YENİLƏNİB
24 oktyabr 2013 18:50 (UTC +04:00)

Astaranın bir neçə yaşayış məntəqəsini su basdı - YENİLƏNİB

Ötən gün axşam saatlarından başlayan leysan yağışları Azərbaycanın Astara rayonunda bir sıra fəsadlara səbəb olub.


 

APA-nın cənub bürosunun məlumatına görə,  12 saat ərzində rayona düşən yağıntının miqdarı 49, 6 millimetr təşkil edib ki, bu da on günlük norma qədərdir. Yağıntılar nəticəsində rayonun Ərçivan qəsəbəsindən Kijabə qəsəbəsinə gedən istiqamətdə 15, Artupa kəndində isə 20-yə yaxın fərdi yaşayış evi, həmçinin həyətyanı sahələr su altında qalıb.

 

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə hadisə yerinə səfərbər olunublar. Ağır texnika, maşın və mexanizmlərin köməyi ilə sel sularının fərdi yaşayış evlərinin həyətyanı sahələrindən kənarlaşdırılması istiqamətində tədbirlər görülməkdədir.

 

Bölgədə yağmurlu hava şəraiti davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377
avatar

Oxşar yazılar