Astarada itkin düşən 8-ci sinif şagirdi tapılıb.
APA-nın cənub bürosunun məlumatına görə, rayonun Siyaku kənd sakini, 14 yaşlı Tural Səxavət oğlu Hümmətzadə bulvar ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, T. Hümmətzadə iyulun 14-də evdən çıxıb, geri qayıtmamışdır.
Onun evdən getməsinə səbəb isə idmandan gec gəldiyi üçün anasının danlaması olub.