Arvadını bıçaqlayan həbs edildi
16 iyul 2014 10:46 (UTC +04:00)

Arvadını bıçaqlayan həbs edildi

0

Paytaxtda bir neçə bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakının İ. Hacıyev küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ədalət Qasımov münaqişə zəminində Şəki rayon sakini 1964-cü il təvəllüdlü İxtiyar Abdurrəhmanova bıçaqla xəsarət yetirib. O, Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

 

Binəqədi polisi həmçinin, ailə münaqişəsi zəminində arvadı 1967-ci il təvəllüdlü Mətanət Əliyevaya bıçaq xəsarəti yetirən 1949-cu il təvəllüdlü Şahlar Məlikovu həbs edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 742

Oxşar yazılar