Argentina xarici işlər nazir Venesuela Ali Məhkəməsinin qərarını qınayıb
08 may 2019 08:52 (UTC +04:00)

Argentina xarici işlər nazir Venesuela Ali Məhkəməsinin qərarını qınayıb

0
Argentina xarici işlər nazir Xorxe Fori də Venesuela Ali Məhkəməsinin qərarını pisləyib.
 
ONA tass.ru-ya istinadla xəbər verir ki, ölkənin baş diplomatı Tvitter səhifəsində qeyd edib ki, Nicolas Maduro hökuməti Venesuela demokratlarının yalnız siyasi deyil, eyni zamanda şəxsi azadlıqlarını da məhdudlaşdırıb: “Venesuela Ali Məhkəməsinin aprelin 30-da hökumət əleyinə çıxış edən müxalif millət vəkilləri barəsindəki ittiham qərarı qanunaziddir. Ali Məhkəmənin bu hərəkətləri prezident Nikolas Maduro hakimiyyətinin siyasi təzyiqlərinin bir təzahürüdür”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 977

Oxşar yazılar