ARDNŞ: <span style="color:red;">şagirdlər evakuasiya edilib  - YENİLƏNİB
08 may 2014 15:45 (UTC +04:00)

ARDNŞ: şagirdlər evakuasiya edilib - YENİLƏNİB

“Bakının Bibiheybət qəsəbəsində yanğın Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin həyətindəki məişət tullantılarının yığıldığı ərazidə baş verib”.


 

Bunu “APA-Economics”ə açıqlamasında ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

 

Onun sözlərinə görə, təhsil kompleksinin binasında yanğın hadisəsi qeydə alınmayıb: “Orada yanan fəhlələr tərəfindən atılan məişət və tikinti materiallarının tullantılarıdır. Orada tikinti işləri aparılır. Sadəcə güclü külək olduğundan haradansa qığılcım düşüb, bu isə tullantıların yanmasına səbəb olub”.

 

N. Quliyev deyib ki, ətrafdan müşahidə olunan yanan zibilliyin tüstüsüdür: “Bu isə uzaqda baxanda binanın yanması kimi görünür”.

 

ARDNŞ rəsmisi bildirib ki, bununla belə, təhsil kompleksində təhsil alan bütün şagirdlər evakuasiya edilib: “Heç bir şagird xəsarət almayıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1409
avatar

Oxşar yazılar