
Aptekdən və topazdan külli miqdarda pul oğurlandı
Binəqədi rayonunda aptekdən oğurluq edilib.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da rayon ərazisindəki apteklərin birindən 7000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Dadaşzadə saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Topaz” mərc oyunları məntəqələrinin birindən 6220 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əlizadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54