<b>Bakıda tələbənin ölümü ilə bağlı bir nəfər <span style="color:red;">HƏBS EDİLDİ </b>
17 may 2019 17:54 (UTC +04:00)

Bakıda tələbənin ölümü ilə bağlı bir nəfər HƏBS EDİLDİ

Bakıda tələbənin ölümü ilə bağlı bir nəfər həbs edilib.
 
ONA-nın məlumatına görə, Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlunun dava zamanı ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Cümşüd Balabəyov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, məlum hadisə mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb. 
 
Bakı İdarəetmə və Texnologiya Kollecindən ONA-ya verilən məlumata görə, II kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Qalib Əsgərzadə dünyasını dəyişib.
# 2092
avatar

Oxşar yazılar