Apreldə 7 nəfəri ilan sancıb
01 may 2015 13:01 (UTC +04:00)

Apreldə 7 nəfəri ilan sancıb

 

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 7 nəfər ilan sancma hadisəsi ilə bağlı müraciət edib. Bu barədə Lent.az-a Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, ilan sancma halları Beyləqan, Qaradağ, Bakı ətrafı ərazilər, Xəzər rayonu və Şəmkirdə baş verib.

 

 

Ay ərzində şöbəyə qara qurd və əqrəb sancma halları ilə bağlı heç bir şikayət daxil olmayıb.

 

Azər Maqsudov havaların isinməsini nəzərə alaraq ilan, qara qurd və əqrəb sancmalarından qorunmaq üçün əhaliyə xəbərdarlıq edib: “ Əhali, xüsusən isti havalarda dağlıq, yaşıllıq bölgələrə istirahətə gedən sakinlərimiz otluq, meşəlik yerlərdə diqqətli olmalıdır. Əgər sancma hadisəsi yaşanarsa, ilkin yardım olaraq həmin bölgəni hərəkətsiz saxlamaq və buz qoymaq lazımdır. Daha sonra xəstə mütləq xəstəxanaya çatdırılmalıdır”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Fərizə Əhmədova

Oxşar yazılar