Milli Televiziya və Radio Yayım Şurası ANS telekanalına lisenziya verməkdən imtina edib. Lent.az-ın məlumatına görə, bu barədə moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, telekanal rəhbərliyinin 3 aydır ki, MTRŞ-ya müraciətləri cavabsız qalıb. ANS-in vitse-prezidenti Mirşahin Ağayev telekanalın lisenziya müddətinin başa çatdığını etiraf edib. Bununla belə o bildirib ki, MTRŞ telekanala məktub ünvanlayıb: "Bu barədə ANS-ə deyil, lisenziya almayan bir sıra telekanallara məktub göndərilib. Qeyd olunub ki, rəqəmsal yayımla bağlı texniki işlər başa çatana qədər əvvəlki lisenziya qüvvədə qalır".
Qeyd edək ki, MTRŞ-dan bildirilib ki, ANS TV-nin lisenziya müddətinin uzadılması məsələsinə hələlik nə baxılmır, nə də telekanalın yayımına qadağa qoyulmur.