ANAMA 6 cəbhəyanı kənddə mina axtarıb
03 may 2016 19:51 (UTC +04:00)

ANAMA 6 cəbhəyanı kənddə mina axtarıb

0

ANAMA bu gün Tərtər və Ağcabədi rayonlarında aşkar olunan mina və partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatı açıqlayıb. Lent.az ANAMA-ya istinadən xəbər verir ki, aşağıdakı məntəqələrdə axtarışlar aparılıb.

 

Tərtər rayonu Qarağacı kəndi – 3  ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 12 000 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

 

Hacıqərvənd kəndi - 2  ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 3 500  kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

 

Azadqaraqoyunlu kəndi – 4 əkin sahəsində, 4 partlayış yerinə baxış keçirilib, 720 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

 

Şıxarx kəndi - 1  ev və həyətyanı sahə, 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd  OF-412 markalı 100 mm-lik partlamamış top mərmisi götürülüb və 3 000 kv.m. ərazi yoxlanılıb. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

 

Qaynaq kəndi - 1  ev və həyətyanı sahə, 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. (DİN-nin “102” Xidməti-Zəng mərkəzinin məlumatı)

 

Beləliklə, Tərtərdə 7  ev və həyətyanı sahə,  4 əkin sahəsinə baxış keçirilib, 3 partlayış yeri aşkar edilib. Nəticədə 13 partlayış yeri aşkar edilib, 19 220 kv. m ərazi təmizlənib və 1 ədəd OF-412 markalı 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb.

 

 

Ağcabədi rayonu Qaraxanlı kəndi - 3  ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 6 000 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

 

Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar