Ağsuda üçəm oğlan uşağı doğulub
01 avqust 2014 18:19 (UTC +04:00)

Ağsuda üçəm oğlan uşağı doğulub

Ağsu rayonunda üçəm doğum faktı qeydə alınıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Bakıda yaşayan Ağsu sakini Ülviyyə İbrahimova doğuşla əlaqədar Ağsu Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsinə müraciət edib.

 

Ü.İbrahimova sağlam olduğu üçün doğuşa 15 gün qalanadək bir dəfə də olsun həkimə müraciət etmədiyini deyib. Yalnız doğuşla bağlı xəstəxanaya müraciət edən zaman müayinədən keçəndə onun bətnində 3 oğlan uşağının olduğu məlum olub.

 

Ağsu Mərkəzi rayon Xəstəxanasının Doğum şöbəsinin müdiri Xalidə  Məmmədova APA-ya bildirib ki, 10 dəqiqə ara ilə normal doğuş keçirən ananın və uşaqların vəziyyəti yaxşıdır. Körpələrdən birinin çəkisi 2,6 kq, digər ikisinin çəkisi isə 2,3 və 2 kiloqramdır. Ailənin ilk övladları olan körpələr hərtərəfli tibbi müayinədən keçirilib və onlar ev şəraitində həftədə bir dəfə həkim tərəfindən yoxlanılaraq nəzarətdə saxlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2450
avatar

Oxşar yazılar