Ağstafada sahibkar silahlı hücuma məruz qaldı
28 iyul 2018 13:07 (UTC +04:00)

Ağstafada sahibkar silahlı hücuma məruz qaldı

Ağstafa rayonunun Qıraq Kəsəmən kənd sakini Abil Əliyevdən tapança və içərisində 3 ədəd patron olan patron darağı götürülüb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisində yerləşən fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapança ilə öldürəcəyi ilə hədələyib. Sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıəb.

 

Görülmüş tədbirlərlə A.Əliyev saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb.

 

Onun sərxoş halda olması müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar