Mənzildən 5 min manatlıq oğurluq edən şəxs saxlanıldı
30 iyul 2018 10:41 (UTC +04:00)

Mənzildən 5 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Ağdaşda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, iyulun 28-də Ağdaş rayon sakini N.Ə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək onun evindən 5000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib. Daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilib. Ə.Şirinov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilmiş və dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Oxşar yazılar