Ağdaş sakini özünü ağacdan asıb
07 iyul 2014 11:41 (UTC +04:00)

Ağdaş sakini özünü ağacdan asıb

0

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

 

Rayon prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Ağdaşın Qəribli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1968-ci il təvəllüdlü Cabbarov Vəli Savıxan oğlu yaşadığı evin həyətindəki alma ağacından özünü kəndirlə asaraq intihar edib. Vəli Cabbarov ruhi xəstəliyi ilə əlaqədar I qrup əlil olub.

 

Faktla bağlı Ağdaş rayon prokurorluğu tərəfindən araşdırma aparılır. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 845

Oxşar yazılar