Azərbaycanda kollec direktoru qəzaya düşdü
Ağdamda yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Quzanlı qəsəbəsində 02 AA 071 dövlət nömrə nişanlı, “Nissan” markalı avtomobil, 63 BA 537 dövlət nömrə nişanlı, “Moskvich” markalı maşınla toqquşub.
“Nissan” markalı maşın Ağdam Musiqi Kollecinin xidməti maşınıdır.
Qəza baş verən zaman Kollecin direktoru Laura Ağayeva da avtomobildə olub.
Faktla bağlı araşdırma aparılır.
375