Ağdamda iki avtomobil toqquşdu, yaralanan var
01 noyabr 2014 04:52 (UTC +04:00)

Ağdamda iki avtomobil toqquşdu, yaralanan var

Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  Ağdam rayonu, Quzanlı qəsəbəsində 2 minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

 

Xilasedicilər deformasiyaya uğramış “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:32-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar