Ağcabədidə partlayış: 3 yaralı
30 oktyabr 2014 21:13 (UTC +04:00)

Ağcabədidə partlayış: 3 yaralı

0
Ağcabədidə yaşayış evində partlayış baş verib. Len.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, partlayış  rayonun Salmanbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı  evdə məişət qazının sızması nəticəsində partlayış baş verib. Nəticədə otağın divarlarında çatlar əmələ gəlib və pəncərə şüşələri sınıb. Partlayış zamanı 3 nəfər xəsarət alıb və təcili tibbi yardım xidməti tərəfindən Ağcabədi rayon  mərkəzi xəstəxanasına aparılıb.
 
Yanğın hadisəsi baş verməyib.
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 900

Oxşar yazılar