Ağcabədidə toy günü gəlinin bəy evindən qaçmasından sonra bu dəfə daha gözlənilməz hadisə baş verib. Lent.az-ın məlumatına görə, toy günü gəlini öz evində saxlaya bilməyən Balabəy Əliyev bu dəfə özü qız qaçırıb. “Xəzər” televiziyasına müsahibə verən 18 yaşlı oğlan Məhərrəmlik ayından sonra evlənəcəyini və qaçırdığı qızla toy edəcəyini bildirib.
Qeyd edək ki, Balabəy Əliyev anası Zülfiyyə Əliyeva polis şöbəsi və prokurorluğa müraciət edib. O, Pünhanənin toy günü qaçmasına və qızılları özü ilə aparmasına görə dəyən maddi ziyanın ödənilməsini tələb edib.
Hadisəyə görə oğlan evinə ümumilikdə 10 min manat dəyərində ziyanın dəydiyi bildirilir. Qız evinin gətirdiyi cehizlər isə oğlan evində qalıb.