Ağcabədidə 5 yaşlı uşaq su kanalına düşərək dünyasını dəyişib. Ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə əslən Laçından olan məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü adlanan ərazidə baş verib.
Laçın rayon Ərdəşəvi kənd sakini 5 yaşlı Zamiq İbrahimov yaşadıqları evin yanından keçən su kanalına düşərək boğulub. Laçın rayon polis şöbəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Azyaşlının əqli cəhətdən qüsurlu olduğu bildirilir.