Abşeronlular nazirlə görüşmək üçün Şamaxıya getməlidirlər
13 avqust 2013 10:25 (UTC +04:00)

Abşeronlular nazirlə görüşmək üçün Şamaxıya getməlidirlər

Kənd təsərrüfatı naziri İsmət Abasov Şamaxı rayonunda vətəndaşlarla görüşəcək. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

İ. Abasov avqust ayının 16-da Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu, Qobustan və Abşeron rayonlarının sakinlərini qəbul edəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin təşkili Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar