ABŞ-da 11 sentyabr hadisələri nəticəsində partladılılar əkiz qüllələrin yerində dünyanın bir ən böyük ticarət mərkəzi tikilib. Lent.az-ın məlumatına görə, həmin göydələn bu gün jurnalistlərə təqdim edilib. ABŞ-ın ən hündür binası olan göydələnin hündürlüyü 541 metrdir və 104 mərtəbədən ibarətdir.
Jurnalistlər binanın 61-ci mərtəbəsini gəziblər.
Binanın tikintisini "Port Authoriti of Nyu və Nyu Jerney" firması həyata keçirib. Şirkətin rəhbəri J.Fove açıqlamasında binanın noyabrın 3-də açıldığını deyib.