"TURAZ Şahini – 2016" terroristlərin məkanlarını məhvetmə əməliyyatını keçirdi
16 mart 2016 18:46 (UTC +04:00)

"TURAZ Şahini – 2016" terroristlərin məkanlarını məhvetmə əməliyyatını keçirdi

0

Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini – 2016" birgə taktiki-uçuş təlimləri davam edir.

 

Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, təlimlərin ssenarisinə əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə F-16 qırıcı təyyarələri ilə şərti olaraq terroristlərin yerləşdiyi məkanların məhvetmə əməliyyatını keçiriblər. Təlim əməliyyatı zamanı şərti döyüşə girən F-16 qırıcıları qoruma təyyarələri vasitəsilə mühafizə edilib. Birgə keçirilən əməliyyat uğurla başa çatıb. Şərti terroristlər və onların yerləşdikləri ərazi məhv edilib.

Təlimlər davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar