"TURAZ Şahini - 2016" Türkiyəyə yola düşüb
05 mart 2016 18:11 (UTC +04:00)

"TURAZ Şahini - 2016" Türkiyəyə yola düşüb

0

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən martın 7-dən başlayacaq "TURAZ Şahini - 2016" təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konya şəhərində yerləşən aviabazaya gəlib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər martın 25-dək davam edəcək.

 

Qeyd edək ki, artıq ikinci dəfə Türkiyədə baş tutacaq müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarələri iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar