"Təzəpir"də namaz qılan şəxsin telefonu və pul kisəsi oğurlandı
25 yanvar 2016 11:39 (UTC +04:00)

"Təzəpir"də namaz qılan şəxsin telefonu və pul kisəsi oğurlandı

 

“Təzəpir” məscidində namaz qılan şəxsin pul kisəsi və telefonu oğurlanıb.

 

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, Bakı sakini Rəşad Məhərrəmov “Təzəpir” məscidində namaz qılarkən gödəkçəsini xalçanın üzərinə qoyub.

 

Naməlum şəxs onun gödəkçəsinin cibindən 30 manat, mobil telefon və kredit kartları olan pul kisəsini oğurlayıb.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsində (PB) araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar