"Qəbələ"nin sabiq baş məşqçisi "Trabzonspor"da!
15 iyul 2014 11:04 (UTC +04:00)

"Qəbələ"nin sabiq baş məşqçisi "Trabzonspor"da!

0

Türkiyənin "Trabzonspor" klubunun yeni baş məşqçisi Vahid Halilhociçin köməkçiləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bosniya və herseqovinalı mütəxəssislə çalışacaq mütəxəssislər arasında "Qəbələ"nin sabiq baş məşqçisi Fatih Kavlak da var. 


Kavlak Azərbaycanda ilk dəfə "Qarabağ"da köməkçi-məşqçi kimi fəaliyyətə başlayıb. O, 2009-cu il iyunun 1-dən 2010-cu il iyunun 1-dək çalışıb. Ardından türkliyəli mütəxəssis "Qəbələ"də işləyib. Kavlak 2011-ci il noyabrın 18-dək məşqçi, 2012-ci il sentyabrın 27-dək baş məşqçi olub. 

Qeyd edək ki, Vahid Halilhociçə Fransadan gətirdiyi Jaki Bonnevay, fiziki hazırlıq üzrə məşqçi Siril Muan, qapıçılarla işləyən Maykl Bulli, fitness məşqçisi Sendi Gişar və "Trabzonspor"lu 2 məşqçi kömək edəcək. Halilhociç bu vəzifəyə gələnədək Əlcəzair millisi ilə DÇ-2014-ün 1/8 finalınadək irəliləməyib bacarıb. Bu komandanın qarşısını sonradan dünya çempionu olan Almaniya kəsib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 870

Oxşar yazılar