"Qazel"də mərmi partladı: ağır yaralı var
04 mart 2016 21:54 (UTC +04:00)

"Qazel"də mərmi partladı: ağır yaralı var

Goranboyda mərminin partlaması nəticəsində bir nəfər xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xınalı kənd sakini 1970-ci il təvəllüdlü Rauf Hüseynov metal tullantılarını yığan zaman partlamamış döyüş sursatı – mərmi aşkarlayıb. Rauf Hüseynov mərmini “Qazel” markalı avtomobilində zərərsizləşdirərkən partlayış baş verib və o müxtəlif qəlpə yaraları alıb.

 

Gəncə Şəhər Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən R. Hüseynovun vəziyyəti orta ağır qiymətləndirilir.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232

Oxşar yazılar