"Problemi olan banklarla iş aparılacaq”
18 noyabr 2014 15:06 (UTC +04:00)

"Problemi olan banklarla iş aparılacaq”

“Bu gün ölkədə bankların kapitallaşma səviyyəsi 18% təşkil edir. Yəni, bankların öz aktivlərinin 18%-i səviyyəsində öz kapitalları ilə təmin olunub”.

 

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 

E. Rüstəmovun sözlərinə görə, bankların minimum kapitalına olan tələbin 50 mln. manata qaldırılması ilə bağlı qərarın verildiyi vaxtdan, yəni 2012-ci ildən bəri, bank kapitalı bu maliyyə təsisatlarının vəsaitlərinin ən aktiv artan hissəsinə çevrilib. Başqa sözlə, 2012-ci ildən bəri bankların kapitalı 1,8 dəfə artaraq aktivlərin 83%-nə çatıb.

 

“Hazırda bank aktivlərinin təxminən 90%-ni əhatə edən banklar bu kvotaya əməl edirlər. Bizim proqnozumuza görə, bu göstərici 99%-ə çatacaq. Biz bir neçə zəif banklarla, problemi olan banklarla fərdi iş aparacağıq. Lakin burda bizim başqa ölkələrdən fərqli olaraq həddən artıq diqqətdə saxladığımız məsələ əhalinin əmanətləridir. Bankların restrukturizasiyası heç cür əhalinin mənafelərinin, onların əmanətlərinin ziyan çəkməsi hesabına aparıla bilməz. Bu məsələdə bizim kifayət qədər çevikliyimiz olacaq”, - deyə AMB sədri vurğulayıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522
avatar

Oxşar yazılar