Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Məmmədov Murad Elxan oğlu idarə etdiyi "Priora" markalı avtomaşınla piyada 1960-cı il təvəllüdlü Sirətova Rübabə Balakişi qızını vurub. Sürücü hadisədən sonra xəsarət alan şəxsi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.