Polisin könüllü işdən imtina etməsi xəbəri doğru deyil.
Bu barədə
Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, sosial şəbəkələrdə oktyabrın 20-də bir qrup şəxsin Səbail rayonunda qanunsuz aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, söhbət oktyabrın 20-də qadına şiddətə qarşı şəhərin mərkəzində keçirilən aksiyada hamının sosial şəbəkələrdə danışdığı polisdən gedir. Belə ki, əsəbi qadının yumruğunu sıxaraq polis qışqırmasına baxmayaraq, polis əməkdaşı başını yana çevirmiş və aşağı əyərək qadına qarşı mülayim rəftar göstərib.