"Mercedes" elektrik dirəyinə çırpıldı
11 noyabr 2013 11:51 (UTC +04:00)

"Mercedes" elektrik dirəyinə çırpıldı

Bakı - Zabrat - Pirşağı magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Səhər saatlarında 1994-cü il təvəllüdlü Əlivev Məhəmməd Rasim oğlu idarə etdiyi "Mercedes" markalı avtomobildə idarəetməni itirib və yolun kənarındakı elektrik paylayıcıya dəyib. Nəticədə avtomobil aşıb, elektrik  paylayıcını sıradan çıxarıb. Hadisə nəticəsində Məhəmməd Əliyev xəsarət alıb. O, Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

 

İlkin ehtimala görə, hadisə səbəb yüksək sürət olub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892
avatar

Oxşar yazılar