<b><span style="color:red;">Bakıda faciə : "KAMAZ"-ın sürücü yükün altında qaldı</b>
27 mart 2018 15:23 (UTC +04:00)

Bakıda faciə: "KAMAZ"-ın sürücü yükün altında qaldı

0

Abşeron rayonu, Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KAMAZ" markalı avtomobil kuzada olan yükün boşaldılması zamanı aşmış, nəticədə sürücü, 1965-ci il təvəllüdlü Əhmədov Nəriman Qurban oğlu nəqliyyat vasitəsinin altında qalaraq ölüb. Sürücünün cəsədi xilasedicilər tərəfindən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 437

Oxşar yazılar