Aeroport yolu açıldı
18 mart 2014 17:51 (UTC +04:00)

Aeroport yolu açıldı

Bu gün səhər saatlarından etibarən nəqliyyatın hərəkəti üçün bağlanan Aeroport yolunda hərəkət bərpa edilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a bildirilib ki, yolda xətlərin rənglənməsi işi başa çatıb. Magistralda hərəkət tam bərpa edilib

 

 

 

 

*****

 

9:55

 

Bakıda hərəkətin ən intensiv olduğu yollardan olan Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti Böyükşor – Hava limanı avtomobil yolunun Heydər Əliyev adına Hava limanından “Buta Palace”a qədər olan hissəsində qismən (2 zolaq), “Buta Palace”dan Sabunçu yol qovşağına qədər olan hissəsində isə tam məhdudlaşdırılacaq.

 

Sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4392
avatar

Nizam Rza

Oxşar yazılar