Müdafiə Nazirliyi cəbhədə 4 hərbçinin şəhid olması barədə xəbəri təkzib edib - YENİLƏNİB
11 may 2014 13:56 (UTC +04:00)

Müdafiə Nazirliyi cəbhədə 4 hərbçinin şəhid olması barədə xəbəri təkzib edib - YENİLƏNİB

“Bu gün bəzi elektron kütləvi informasiya vasitələri sosial şəbəkədəki istifadəçiyə istinadən guya cəbhə bölgəsində atəşkəsin pozulması və bunun nəticəsində Silahlı Qüvvələrimizin şəhid verməsi ilə bağlı təxribat xarakterli məlumat yayıblar”.

 

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir.

 

Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, belə bir hadisə baş verməyib, informasiyada adları qeyd olunan şəxslər, ümumiyyətlə, Silahlı Qüvvələrdə xidmət etmir, bu məlumatın heç bir əsası yoxdur və yayılan xəbər təxribat xarakteri daşıyır: “Təəssüf doğuran isə odur ki, Müdafiə Nazirliyi baş verən hər bir hadisə ilə bağlı rəsmi açıqlama verməsinə və məlumatların ilkin mənbədən dəqiqləşdirilməsi barədə dəfələrlə kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət etməsinə baxmayaraq, belə dezinformasiya xarakterli xəbərlər yenə də yayılır və ictimaiyyəti çaşdırmağa cəhd göstərilir”.

 

Müdafiə Nazirliyi növbəti dəfə KİV-ə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə təkidlə müraciət edərək, Silahlı Qüvvələrlə bağlı verilən məlumatlara milli təhlükəsizlik mənafelərinin qorunması baxımından daha həssaslıqla yanaşmalarını tövsiyə edir.

 

 

`````

 

11:59

 

“Azərbaycan Müdafiə Nazirliyi cəbhə bölgəsində 4 hərbçinin şəhid olması barədə xəbəri təkzib edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya bildirib ki, nazirlik bu xəbərlə bağlı geniş araşdırma aparıb: “Bu, Azərbaycan Ordusuna qarşı təxribatdır”.

 

V. Dərgahlı xəbərlə bağlı geniş açıqlamaları olacağını da bildirib.

 

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən isə APA-ya bildirlib ki, dünən və bu gün ərzində Silahlı Qüvvələrdə heç bir ölüm faktı qeydə alınmayıb: “Bu barədə yayılan məlumatlar yalan və əsassızdır”.

 

Qeyd edək ki, bəzi saytlar  sosial şəbəkələrə istinadən cəbhənin Tərtər rayonu istiqamətində 4 Azərbaycan hərbçisinin şəhid olması barədə məlumat yayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2699
avatar

Oxşar yazılar