<span style="color:red;">Dəhşətli qəza:  22 yaşlı oğlan öldü, daha 5 yaralı - YENİLƏNİB
11 may 2014 13:48 (UTC +04:00)

Dəhşətli qəza: 22 yaşlı oğlan öldü, daha 5 yaralı - YENİLƏNİB

Şabran rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Şabran avtomobil yolunun 129-cu kilometrliyində, Şabran rayonu ərazisində “Mercedes” və "Nissan" markalı minik avtomobilləri toqquşub.


FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, iki avtomobildə birlikdə 5 nəfər sıxılaraq qalıb, “Mercedes” markalı avtomobilin sürücüsü isə ölüb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış 5 nəfər yaralını, habelə “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Hüseynov Nəriman Mənsur oğlunun cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3481
avatar

Oxşar yazılar