<span style="color:red;">(R)  “Unibank”dan “NİSSAN ALTİMA”nı kim qazandı?
19 mart 2014 16:58 (UTC +04:00)

(R) “Unibank”dan “NİSSAN ALTİMA”nı kim qazandı?

“Unibank” müştərisinə əsl Novruz ovqatı yaşatdı. Axır çərşənbə günündə Sumqayıt sakini Niyaməddin Ağayevə gələn zəng bir ömür onun xatirindən çıxmayacaq. Saatlarla bu xəbərə inana bilməsə də, bu, həqiqətdir: Niyaməddin Ağayev Nissan Altima-nın sahibidir.

 

“Unibank”ın “Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin”adlı tirajlı stimullaşdırıcı lotereyasının üçüncü-sonuncu tirajının digər 35 qalibi də dəyərli hədiyyələr qazanıb. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən, 5 qalib İPhone 5 telefonunun, 30 nəfər isə hərəsi 100 AZN pul mükafatının sahibi olub. Lotereyanın qaliblərini açıqlamaqla “Unibank” müştərilərinə gözəl Novruz hədiyyəsi etdi.

 

Bankın bütün müştəriləri müxtəlif bayram kampaniyalarından faydalana bilərlər.

 

Novruz bayramı ilə əlaqədar martın 17-dən 26-dək bank filiallarından kredit götürən hər bir müştəriyə komissiya haqlarında 50%-dək endirim edilir. Qeyri-iş günləri olsa da, martın 24-dən müştərilərin üzünə açıq olan “Unibank” filialları müştərilərin bu imkandan faydalanmasına xidmət edəcək.

 

“Unibank”ın “Albalı” kartının sahiblərini də xoş sürpriz gözləyir. Martın 19-dan 26-dək “Albalı” (Albalı Plus və 28 Mall Albalı) kartı ilə 3 taksit və daha yuxarı alış-verişlərə 3 taksit də “Unibank”dan hədiyyə olunur.

 

“Unibank” 35 filialı ilə müştərilərinə həftənin 6 günü saat 09.00-dan 17.00-dək nahar

fasiləsiz xidmət göstərir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

 

“Unibank” – hər kəsin bankı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar