[b]"Caspian Plaza"da tüstülənmə olub - YENİLƏNİB 3[/b]
31 iyul 2018 13:25 (UTC +04:00)

[b]"Caspian Plaza"da tüstülənmə olub - YENİLƏNİB 3[/b]

"Caspian Plaza"da tüstülənmə olub.
 
Bu barədə APA-ya biznes mərkəzindən bildirilib. Qeyd olunub ki, biznes mərkəzinin 7 və 8-ci mərtəbələrində elektrik şitində qısa qapanma olub. Nəticədə tüstülənmə baş verib. Mərkəzin elektrikləri dərhal müdaxilə edərək tüstülənmənin yanğına keçməsinin qarşısını alıblar. 
 
Təhlükəsizlik baxımından binada olan şəxslər təxliyə edilib. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisə yerinə gələrək vəziyyətin kontrol altında olduğunu müəyyənləşdirib və lazımı məsləhətlərini verərək ərazini tərk ediblər. 

 

*****

 

12:55

 

Fövqəladə Hallar Nazirliyi “Caspian Plaza”dakı yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində 30 ədəd qoruyucu açar və 8 p.m elektrik naqilləri yanıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Yanğın yanğın bölmələri çatana kimi söndürülüb.

 

****

11:51

Bakı şəhərinin mərkəzində yerləşən "Caspian Plaza" biznes mərkəzindəki yanğının qarşısı alınıb. Lent.az xəbər verir ki, binanın 8-ci mərtəbəsində elektrik şitindən başlayan yanğının miqyasının genişlənməsinin qarşısı alınıb və hazırda davam edən tüstülənmənin tam dayandırılması istiqamətində iş aparılır.

Bildirilib ki, binada yanğın pilləkənləri mövcuddur və ofislərdə çalışanlar həmin pilləkənlərlə təxliyə edilib.

 

*****

 

11:31

 

Bu gün saat 11 radələrində Bakı şəhərinin Nəsimi rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşən "Caspian Plaza" biznes mərkəzinin 8 və 9-cu mərtəbələrində yanğın başlayıb. Lent.az xəbər verir ki, hadisə yerinə Nəsimi və Yasamal rayonlarının bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Binada işləyənlər ofislərdən çıxarılıb. 

 

İlkin məlumata görə, tüstüdən zəhərlənən bir nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar