Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub.
Lent.az-ın Unikal.org-a istinadən verdiyi xəbərə görə, bunlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2003-cü il təvəllüdlü Adil Müşviq oğlu Cəbiyev və 2001-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərovdur.
Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.