[b]Sumqayıtda daha bir nəfər dəm qazından zəhərləndi[/b]
03 may 2019 15:25 (UTC +04:00)

[b]Sumqayıtda daha bir nəfər dəm qazından zəhərləndi[/b]

0
Sumqayıtda daha bir nəfər dəm qazından zəhərlənib. 
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayonunda baş verib. Şəhər sakini, 1996-cı il təvəllüdlü Seyidova Karına Adrikovna yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, dərhal xəstəxanaya yerləşdirilib.  Vəziyyəti orta ağır qiymətləndirilir. 
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, ötən gecə isə 2 yeniyetmə dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 907

Oxşar yazılar