
Sumqayıtda qətl törədən şəxs tutuldu - YENİLƏNİB
Sumqayıtda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
ONA-nın məlumatına görə, qətlə yetirilən 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlu Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əməkdaşıdır. Qətli törədən Şəmsəddin İbrahimovla E.Kərimov qonşu olub.
Aralarında yaranmış şəxsi mübahisə zəminində Ş.İbrahimov E.Kərimovu işdən çağıraraq küçəyə aparıb. Küçədə Ş.İbrahimov qonşusunu bıçaqlayaraq öldürüb.
13:51
Sumqayıtda qətl törədən şəxs tutulub.
ONA-nın yerli bürosunun məlumatına görə 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlunun bıçaqlanaraq, qətlə yetirilməsi faktı ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmsəddin İbrahimov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
12:09
Sumqayıtda qətl törədilib.
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlu bıçaqlanaraq öldürülüb.
Qətlin motivi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45
“Bir balıq tuta bilmədin” deyib döydü, dənizə atdı
2 iyul 2025 , 16:18
Şabranda dağ yanır
2 iyul 2025 , 16:14
Tağı İbrahimovun mebel sexindəki dəhşətli yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi
2 iyul 2025 , 16:09
Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanıldı -VİDEO
2 iyul 2025 , 15:53
Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq -YENİLƏNİB
2 iyul 2025 , 10:57
Yekaterinburqda daha bir azərbaycanlının həbs müddəti uzadıldı
2 iyul 2025 , 10:53