[b]Qəbələdə axtarışda olan şəxs Bakıda tutuldu[/b]
25 fevral 2019 10:29 (UTC +04:00)

[b]Qəbələdə axtarışda olan şəxs Bakıda tutuldu[/b]

Qəbələdə axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 ( Oğurluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (təkrar törədildikdə) maddələri ilə axtarışda olan İsmayıllı rayon sakini Elçin Məmmədov fevralın 23-də Bakı şəhəri ərazisində saxlanılaraq Qəbələ RPŞ-yə gətirilib və İstintaq bölməsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Səlcuq Elçin

Oxşar yazılar