
Piyada aldığı xəsarətdən dünyasını dəyişdi - Bakıda
Bakıda avtomobillə vurulan piyada evində ölüb.
Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yeni yaşayış massivində yaşayan Həsənov Sait Xəlil oğlu idarə etdiyi "Hyundai Santa fe" markalı 90 KP 052 dövlət nömrə nişanlı avtomobillə Biləcəri qəsəbəsi, Binəqədi yolu küçəsində yolu keçən piyada, 1978-ci il təvəllüdlü İsmayılov Binnət Məmməd oğlunu vuraraq hadisə yerindən qaçıb.
Yaralı kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin sınığı ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən sürücü tapılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə nəticəsində xəsarət alan piyada B.İsmayılov aprelin 1-də evində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddəsi ilə cinayət işi başlanıb.
(trend)
Oxşar yazılar

Şərurlu İsfəndiyar məhkəmədə - FOTO -YENİLƏNİB
13 may 2025 , 16:55
Tərtərdə DƏHŞƏT: qayınata gəlinini öldürdü - YENİLƏNİB
13 may 2025 , 11:40
Oğuzda yük maşını motosikletlə toqquşdu: ölən var
13 may 2025 , 11:30
Bakıda 14 yaşlı yeniyetmə evdən çıxaraq QAYITMAYIB
13 may 2025 , 10:56
Bakıda DƏHŞƏTLİ QƏZA: 22 yaşlı oğlan öldü
13 may 2025 , 09:58
Salyanda maşın motosikletlə toqquşdu
13 may 2025 , 09:23
Samuxda 39 yaşlı qadın ZƏHƏRLƏNDİ
12 may 2025 , 23:28