“Respublikanın ərazisindəki mövcud sürüşmə zonalarının dinamikasında atmosfer yağıntılarının düşməsi ilə əlaqədar ola bilsin ki, aktivlik müşahidə olunsun”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
O bildirib ki, hazırda Zığ sürüşmə sahəsində cüzi aktivlik müşahidə olunur.
Baş geoloq qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işləri davam etdirilir.