Müdafiə sənayesi naziri Yavər Camalov Şirvan “Araz” zavodunda baş vermiş hadisədə dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak edib.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, nazir Y.Camalovun tapşırığına əsasən hadisə nəticəsində zərərçəkənlərə və onların yaxınlarına qanunvericilikdə nəzərdə tutulan müavinətlərlə yanaşı, dəfn mərasiminin bütün xərcləri və digər zəruri xərclər müəssisə tərəfindən ödənilir.