Oktyabrın 22-si saat 18 radələrində Neftçala rayonu Həsənabad qəsəbəsi ərazisində çiynində daşıdığı portativ səsucaldıcıda musiqi dinləyərək velosiped idarə edən qəsəbə sakini yol kəsişməsində F.Həsənovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusu ilə toqquşub.
Lent.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, qəza nəticədə 13 yaşlı velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Təəssüf ki, statistik nəticələr də göstərir ki, bu gün istər yaşayış məntəqələrində, istərsə də, yaşayış məntəqələrindən kənarda, avtomagistrallarda velosiped, skuter və digər ikitəkərli nəqliyyat vasitələri idarə edən azyaşlılar tərəfindən kobud qayda pozuntularına yol verilməsi hallarına tez-tez rast gəlinir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını bu faciəli hadisədən düzgün nəticə çıxarmağa, xüsusilə azyaşlıları velosiped və ya digər ikitəkərli nəqliyyat vasitəsi idarə edərkən təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır, bu işdə valideyn nəzarətinin mühüm rol oynadığını məxsusi qeyd edir!
***
09:32
Neftçalada avtomobil velosipedçini vurub.
Lent.az-ın məlumatına görə, hadisə Həsənabad qəsəbəsində qeydə alınıb.
Həsənov Fərhad Kamil oğlunun idarə etdiyi traktorla 13 yaşlı velosipedçi Əsədli İbrahim Amil oğlunu vurub. Nəticədə yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
***
22 oktyabr, saat 23:20
Neftçala rayonunda azyaşlı uşaq yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Pirətəvana kəndində qeydə alınıb.
Belə ki, Həsənabad qəsəbə sakini 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb və Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.