Gəncədə yol qəzası olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 53 yaşlı A.Quliyev, 44 yaşlı V.Məmmədov, 38 yaşlı M.Məmmədova və 14 yaşlı A.Məmmədli xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.