Qazaxda yanğın hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
32 yaşlı N.Mehdiyevin idarə etdiyi TIR anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib.
Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.