Gəncə şəhərində 5 aylıq körpənin ölümü qeydə alınıb.
Lent.az xəbər verir ki, azyaşlı valideynləri tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı körpənin artıq həyatını itirdiyi müəyyən edilib.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də məlumat yayıb.
Bildirilib ki, oktyabrın 23-də saat 16:30 radələrində 2026-cı il təvəllüdlü qız uşağı valideynləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına gətirilib.
Körpə təcili yardım şöbəsində müayinə olunsa da, onun həkiməqədər ölüm faktı qeydə alınıb.
Ölümün səbəbi barədə məlumat verilməyib.
Fuad Nazimoğlu