![[b]Mingəçevirdə çobanı ilan çaldı[/b]](https://lent.az/storage/news/2019/may/11/big/2b9beb30f4a6ac74a5b478fe20623742.jpg)
[b]Mingəçevirdə çobanı ilan çaldı[/b]
0
0
Mingəçevirdə ilansancma hadisəsi qeydə alınıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərin Vaqonlar adlanan ərazisindəki fərdi təsərrüfatda heyvanları otaran çoban, Kəlbəcər rayon sakini, 1989-ci il təvəllüdlü Abbasov Qaryağdı Kərəm oğlunu ilan çalıb.
Dərhal xəstəxanaya çatdırılan çobana tibbi yardım göstərilib və ilan zəhəri əleyhinə zərdab vurulub.
Hazırda onun müalicəsi xəstəxana şəraitində davam edir.
0
0